Xəbər lenti

Blinkendən önəmli mesaj: ABŞ Rusiyaya zərbəni dəstəkləmir, lakin qərar Ukraynanındır
Dünya 10:27 23.05.2024

Blinkendən önəmli mesaj: ABŞ Rusiyaya zərbəni dəstəkləmir, lakin qərar Ukraynanındır

Birləşmiş Ştatlar Ukraynaya verilən Qərb silahlarının Ukrayna ərazisindən kənarda zərbələr üçün istifadəsini dəstəkləmir və ya təşviq etmir, lakin bu silahlardan effektiv şəkildə istifadə ilə bağlı qərarları Ukrayna özü verir.

Qaynarinfo xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Entoni Blinken Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində dinləmələrdə deyib.

Blinken qeyd edib ki, ABŞ və müttəfiqlərinin vəzifəsi Ukraynanı Rusiyanın təcavüzünü dəf etmək üçün lazım olan silahlarla təmin etməkdir.

"Biz Ukraynaya lazım olan yardımı göstərdik. Əslində, Birləşmiş Ştatlar Vladimir Putinin istədiyi kimi Ukraynanın müdafiəsinə qalxmaq və onun xəritədən silinməsinin qarşısını almaq üçün dünyanın 50 ölkəsini topladı. Biz beynəlxalq ictimaiyyəti bu yükü bölüşmək üçün topladıq”, - o deyib.

Respublikaçılar Komitəsinin sədri Maykl Makol da daxil olmaqla Konqresin bir neçə üzvü çərşənbə günü keçirilən dinləmələrdə Blinkendən soruşub ki, Co Bayden administrasiyası Ukraynaya Rusiyadakı hədəflərə zərbələr endirmək üçün ABŞ silahlarından istifadə etməyi niyə qadağan edir?

Xüsusilə, belə bir qadağanın tərəfdarının milli təhlükəsizlik üzrə müşavir Cek Sallivan olduğunu, Konqresin Ukraynaya yardımın ayrılması ilə bağlı qərarlarında belə məhdudiyyətlər qoymadığını bildiriblər.

Xatırladaq ki, amerikalı senator Cim Riş Ukraynanın müdafiəsi üçün lazım olanda Rusiya ərazisinə Amerika silahları ilə zərbələr endirməsinə icazə verməyi zəruri hesab edir.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->