Avropa İttifaqı Rusiyaya məhdudiyyətlərdən yayınmaqda yardım göstərən üçüncü ölkələrə təsir edəcək yeni sanksiyalar mexanizmini müzakirə edir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrinə istinadla məlumat
yayıb.
Agentliyin həmsöhbətlərinin fikrincə, əsas məqsəd ölkələri Moskvaya kömək etməkdən "saxlamaq” və onun istifadə edə biləcəyi ticarət kanallarını kəsməkdir.
Bundan əlavə, əsas məhsullara ünvanlı məhdudiyyətlərin tətbiqi planlaşdırılır. Brüssel həmçinin bəzi mövcud ixrac tədbirlərini genişləndirmək və Rusiya ərazisindən "çoxlu malların” tranzitinə qadağa qoymaq niyyətindədir, - mənbələr bildiriblər.
Beləliklə, Aİ iki sanksiya siyahısı yarada bilər: biri üçüncü ölkələrdən, digəri isə qadağan olunmuş mallardan ibarətdir. Agentlik yazır ki, tədbirlər əsasən Mərkəzi Asiya ölkələrinə və Rusiyanın yaxın qonşularına yönələcək.
Alpər