ABŞ prezidenti Co Bayden Rusiya iqtisadiyyatı ilə bağlı səhv edir. Və bu yanaşma onu əvvəlki sələfi Barak Obama kimi tələyə sala bilər.
Qaynarinfo xəbər verir ki, bu fikri Bloomberg-in dərc etdiyi məqalənin müəllifləri bildirib.
Bayden daha əvvəl Putinin Rusiya iqtisadiyyatına aid "problemləri" olduğunu söyləyib. Amerika liderinə görə, Rusiya iqtisadiyyatı yalnız nüvə silahına və neftə əsaslanır.
Agentlik mütəxəssisləri bu fikirlə razılaşmırlar. Məqalədə qeyd olunur ki, Rusiyanın qaz və neftdən başqa heç bir şey istehsal etməməsi fikri tez-tez ABŞ siyasətçilərinin ritorikasında olur. Ancaq bu səhvdir.
"Rusiya neft və qazı kənara qoysaq, ixracatçı supergüc deyil. Rusiya dünyanın ən böyük və ən əsası ən sabit iqtisadiyyatlarından birini dəstəkləyəcək qədər böyük bir daxili bazara malikdir", - deyə nəşrin müəllifləri hesab edirlər.
Müəlliflər xatırladıb ki, Obama bir zamanlar Rusiya haqda Amerika isteblişmentinə problem yaradan "regional güc" kimi danışıb.
Məqalədə qeyd olunur ki, əgər Bayden dediklərinə həqiqətən inanırsa, o zaman "yanlış məlumatlandırılır və ya alınan hesabatlardan yanlış nəticələr çıxarır".
Jurnalistlərin fikrincə, bu, çox xoş olmayan nəticələrə səbəb ola bilər.
Alpər