İngiltərədə koronavirus peyvəndi kampaniyasını izləyən elm adamları delta stammına qarşı yeni peyvəndlərə ehtiyac ola biləcəyi qənaətinə gəliblər.
Qaynarinfo xəbər verir ki, bu haqda Bloomberg-in yaydığı məqalədə deyilir. Alimlərin qənaətinə görə, "delta" səbəbiylə, mövcud peyvəndlərin effektivliyi bir ay əvvəl 64% idisə, indi bu rəqəm müqayisədə orta hesabla 49%-ə düşüb. Peyvəndin yoluxma halında insanları koronavirus simptomlarından qorumaq qabiliyyəti əvvəlki ayda 83% olduğu halda 59%-ə enib.
Mütəxəssislər hesab edir ki, "delta"ya qarşı yeni peyvəndlərin yaradılmasının lazım ola biləcəyini düşünürlər, çünki ştamm o qədər güclü mutasiyaya uğrayıb ki, mövcud peyvəndlərin tətbiqindən sonra ortaya çıxan antikorlar ona qarşı daha az təsirli olur.
Tədqiqat zamanı elm adamları həm peyvənd olunmuş, həm də olunmamış 98 min britaniyalıdan nümunə götürüblər.
Alpər