Xəbər lenti

"Bloomberg": Şərqi Avropa ölkələri ukraynalı qaçqınlara dəstəyi azaldır - Faktlar
Dünya09:59 29.04.2023

"Bloomberg": Şərqi Avropa ölkələri ukraynalı qaçqınlara dəstəyi azaldır - Faktlar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şərqi Avropa ölkələri Ukraynadan olan qaçqınlara iqtisadi yardımın həcmini azaldır və onların əmək qabiliyyətli hissəsini iş tapmaq üçün stimullaşdırmağa çalışır. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" yazır.
Xüsusilə, Rumıniya hakimiyyəti ukraynalılara ödənişləri demək olar ki, yarıya endirmək planını təsdiqləyib, dəstəyin azalması 99 min insana təsir göstərəcək. Rumıniya hökuməti qeyd edib ki, Buxarest artıq genişmiqyaslı döyüşlərin ilk günündən ukraynalı qaçqınlara yardım üçün "yüz milyonlarla avro” göndərib və bu siyasəti davam etdirəcək. Eyni zamanda, ölkənin hakimiyyət orqanları məhdud resursları nəzərə alaraq, "bütün vətəndaşların, rumınların və əcnəbilərin dəstəyini təmin etmək üçün hər cür səy göstərir", - Nazirlər Kabinetinin sözçüsü Dan Karbunaru deyib.
Eyni zamanda, Rumıniya 4 ay əvvəl qaçqınlara mənzil haqqı ödəmək üçün ödənişləri dayandırıb.
Digər Şərqi Avropa ölkələrində də oxşar vəziyyət yaranır. Məsələn, Polşa işləyə bilən əmək qabiliyyətli ukraynalılara, bir nəfərə gündəlik 10 dollar məbləğində ev kirayəsi üçün subsidiya, həmçinin ictimai nəqliyyatın ödənişini dayandırıb. Uşaqların saxlanması, pulsuz təhsil və tibbi xidmət üçün ödənişlər saxlanılır.
Çexiya qəbul etdiyi yarım milyon ukraynalı qaçqının saxlanmasına təxminən 1,1 milyard dollar xərcləyib. Hakimiyyət ilin sonuna qədər əmək qabiliyyətli ziyarətçilərə verilən subsidiyaları azaldaraq, mənzillərin ödəməsini ukraynalıların öz üzərinə keçirməyi planlaşdırır.
BMT-nin məlumatına görə, Rusiya hərbi əməliyyatlara başladıqdan sonra 20,9 milyondan çox sakin Ukrayna sərhədlərini tərk edib. Ən çox insan Polşa, Rumıniya, Almaniya, Rusiya və Macarıstana üz tutub. 12,2 milyondan çox ukraynalı geri qayıdıb.
Alpər