ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Rusiya üzrə ixtisaslaşmış analitik şöbəsinin əməkdaşlarına "Telegram” messencerinə daxil olmaq üçün masaüstü kompüterlərindən istifadə etmək qadağan edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” mənbələrə istinadən məlumat
yayıb.
Agentlik MKİ analitiklərinin Telegram-a marağının artmasını rusiyalı hərbi blogerlərin çoxsaylı nəşrləri ilə izah edir.
Bloomberg-in məlumatına görə, MKİ analitiklərinin iş yerinə şəxsi qurğular gətirməsi də qadağandır. Agentlik yazır ki, əgər işçiyə Telegram-dan istifadə etmək lazımdırsa, o, Mərkəzi Kəşfiyyat İdarəsinin kompleksinin ərazisindən kənara çıxmalıdır.
Telegram-ın yaradıcısı Pavel Durovun sözlərinə görə, hər gün messencerdə təxminən 2,5 milyon istifadəçi qeydiyyatdan keçir. Üstəlik, 2023-cü ildə aktiv istifadəçilərin ümumi sayı ayda 800 milyon nəfəri keçib. Inclient-in araşdırmasına görə, Telegram dünyada ən çox yüklənən proqramlar reytinqində altıncı yerdədir. Proqram ən çox Hindistan, Rusiya, ABŞ, İndoneziya və Braziliyada yüklənir.
Yanvarın 23-də Bloomberg xəbər verib ki, ABŞ prezidenti Co Baydenin administrasiyası milli təhlükəsizlik üçün xüsusi əhəmiyyət kəsb edən məlumatların ötürülməsini məhdudlaşdırmaq üçün fərman hazırlayır. Agentliyin nəzərdən keçirdiyi fərman layihəsində deyilir ki, xarici ölkələr tərəfindən bu cür məlumatların əldə edilməsi onların "ABŞ üzərində strateji üstünlüyünü” təmin edəcək.
Nizami Bağırov
Şərhlər