Xəbər lenti

BMT Agentliyi: İranın atom bombası yaratmaq üçün kifayət qədər uranı var
Dünya08:13 01.06.2022

BMT Agentliyi: İranın atom bombası yaratmaq üçün kifayət qədər uranı var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tehran son illər bir neçə obyektdə aşkar edilmiş nüvə materialları ilə bağlı düzgün izahat verə bilməyib.
Qaynarınfo NBC agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT-nin nüvə proqramı üzrə Müşahidə Şurasından bildirilib.
"İran uranının 60 faizə qədər zənginləşdirilmiş ehtiyatı 43,3 kiloqrama qədər artıb ki, bu da üç ay əvvələ nisbətən təxminən 10 kiloqram artım deməkdir”, - Müşahidə Şurasından deyilib.
Ekspertlər bəyan ediblər ki, İran uranın 90% faiz təmizliyinə qədər zənginləşdirilməsi istiqamətində əlavə addım atarsa, bu ehtiyatlarda atom bombası yaratmaq üçünkifayət qədər material olacaq. Silahlara nəzarət üzrə ekspertlərin fikrincə, 60 faizdən 90 faizə keçid İran üçün texniki problem yaratmayacaq.
"İran hazırda bir bomba yaratmaq üçün daha çox sayda UU (yüksək zənginləşdirilmiş uran) istehsal etməyə lazım olan kifayət qədər zənginləşdirilmiş uran toplayıb", - deyə silahlara nəzarət Assosiasiyasının analitik mərkəzindən Daril Kimball bildirib. O, alavə edib ki, bunun üçün lazım olan vaxt indi aylar və ya həftələrlə deyil, günlərlə ölçülə bilər”.
M.Arif