Rusiyanın Ukrayna işğalında törətdiyi bəzi zorakılıqlar müharibə cinayətinə bərabərdir.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə BMT İnsan Haqları Ali komissarı rəhbəri Mişel Baçelet
deyib.
Komissiya rəhbəri Kiyev ətrafında son həftələrdə yeni cəsədlər tapıldığını deyib və bildirib ki, Rusiya işğalından bu yana törədilən zorakılıqların bəziləri müharibə cinayətlərinə bərabərdir.
"Kiyevin şimal hissələrində qanunsuz edam etmə daxil, qeyri-qanuni qətllərin miqyası şokedicidir”, - Baçelet deyib.
Təşkilat fevral və mart aylarında Kiyev ətrafında baş verən hadisələrlə bağlı müstəntiqlərə rəsmi təhqiqat aparmaq barədə göstəriş verilməsini müzakirə edəcək.
Nurlan Hüseynov