BMT Qaçqınlar üzrə Ali Komissarlığı Aralıq dənizində 170 miqrantın öldüyünü açıqlayıb.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, 2019-cu ildə Afrikadan Avropaya doğru hərəkət edən 2 qayıq batıb. İlk qayıq Liviya sahillərində qəzaya uğrayıb və 117 nəfər ölüb, 3 nəfər xilas edilib. Aralıq dənizinin qərbində Alboran dənizində batan qayıqda isə 53 nəfər olub.
2019-cu ildə ümumilikdə 4216 miqrant Afrikadan Avropaya keçməyə müvəffəq olub.
Gülşən