Xəbər lenti

BMT Baş Assambleyasının Ukrayna üzrə xüsusi sessiyası sabah davam etdiriləcək
Dünya05:16 22.03.2022

BMT Baş Assambleyasının Ukrayna üzrə xüsusi sessiyası sabah davam etdiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
BMT Baş Assambleyasının Ukraynadakı vəziyyətlə bağlı xüsusi sessiyası gözlənildiyi kimi çərşənbə günü davam edəcək, həftənin sonuna qədər onun iştirakçıları humanitar vəziyyətlə bağlı qətnaməyə səs verəcəklər.
Qaynarinfo xəbər verir ki, bu barədə bazar ertəsi TASS-a dünya təşkilatındakı mənbə bildirib.
"Ukraynadakı humanitar vəziyyətlə bağlı qətnamə üzrə səsvermənin BMT Baş Assambleyasının xüsusi sessiyasında keçirilməsi planlaşdırılır, bu, gözlənildiyi kimi, çərşənbə günü davam etdiriləcək", - mənbə bildirib.
BMT Baş Assambleyası Sədrinin Ofisi martın 23-də Ukrayna üzrə xüsusi sessiyanın davam olunacağını təsdiqləyib.