Xəbər lenti

BMT baş katibi Rusiya və Ukraynaya səfərdən əvvəl Türkiyəyə gedəcək
Dünya06:47 24.04.2022

BMT baş katibi Rusiya və Ukraynaya səfərdən əvvəl Türkiyəyə gedəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
BMT-nin baş katibi Antonio Quterreş Rusiya və Ukraynaya səfər etməzdən əvvəl Türkiyəyə gedəcək.
Qaynarinfo "Reuters"ə istinadən xəbər verir BMT baş katibinin mətbuat xidməti Quterreşin Ankaraya səfərinin aprelin 25-də baş tutacağını bildirib.
Səfər zamanı BMT rəhbəri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcək.
Qəzetin qeyd etdiyi kimi, Türkiyə Ukrayna və Rusiya arasında humanitar danışıqlar üçün mühüm məkandır.
Gələn həftə (26 aprel) Quterreş Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşmək üçün Moskvaya gedəcək. Quterreşin Rusiyada Ukraynada atəşkəsi müzakirə edəcəyi gözlənilir.
Alpər