Xəbər lenti

​BMT baş katibinin xüsusi nümayəndəsi Tehranda səfərdədir
Dünya17:01 12.04.2016

​BMT baş katibinin xüsusi nümayəndəsi Tehranda səfərdədir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura Tehranda səfərdədir.

Bu haqda İran KİV-i məlumat yayıb.

Məlumata görə, o, İran Xarici İşlər Nazirliyinin məsulları ilə Suriyadakı vəziyyəti müzakirə edəcək.

Xatırladaq ki, de Mistura ötən gün Suriyada səfərdə olub və orada rejimin xairici işlər naziri Valid Müəllimlə görüşüb.

Qeyd edək ki, aprelin 13-dən etibarən Cenevrədə Suriyadakı vəziyyətlə bağlı müxalifət və başqa siyasi qüvvələr arasında danışıqların yeni mərhələsi başlayacaq. (report.az)

Qaynar.info