Xəbər lenti

BMT: Bizim tam olaraq girə bilmədiyimiz qara dəlik Mariupoldur
Dünya11:40 10.05.2022

BMT: Bizim tam olaraq girə bilmədiyimiz qara dəlik Mariupoldur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynadakı ölən mülki vətəndaş sayı rəsmi göstərilən rəqəmlərdən minlərlə çoxdur.
Qaynarinfo "Reuters” saytına istinadla bildirir ki, bu barədə BMT İnsan Haqları Monitorinq Missiyasının rəhbəri deyib. 
Hazırda BMT-nin rəsmi rəqəmlərinə görə, müharibə nəticəsində ölən mülkilərin sayı 3381 nəfərdir. 3680 nəfər isə yaralanıb. 
Monitorinq missiyasının rəhbərindən real ölüm rəqəmləri haqqında soruşulanda o belə cavab verib: 
"Biz hesablamalar üzərində çalışırıq, ancaq hələlik sizə onu deyə bilərəm ki, o indi sizə verdiyimiz rəqəmlərdən minlərlə dəfə çoxdur”.
BMT-nin Ukraynada 55 nəfərlik monitorinq komandası var. Onlar bildirir ki, əksər ölüm halları raket və hava zərbələrinin nəticəsində baş verib. 
"Bizim üçün qara dəlik tam olaraq girə bilmədiyimiz və təsdiqlənmiş məlumat ala bilmədiyimiz Mariupoldur”,- Misiya rəhbəri Matilda Boqner deyib. 
Nurlan Hüseynov