Xəbər lenti

BMT bu gün İranı müzakirə edəcək
Dünya07:01 05.01.2018

BMT bu gün İranı müzakirə edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
BMT Təhlükəsizlik Şurası bu gün İranda davam edən nümayişlərin müzakirəsi üçün yığışacaq.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, müzakirə təklifi ABŞ-ın BMT-dəki daimi təmsilçisi Nikki Heyli tərəfindən verilmişdi. Rusiya isə bu qərarı ABŞ-ın İranın daxili işinə müdaxiləsi kimi qiymətləndirir. Buna görə də, şuranın 15 üzvündən azı 9-u məsələnin müzakirəsini təsdiq etməlidir.
Ötən gün İranın BMT-dəki daimi təmsilçisi Qulaməli Xosrov ABŞ prezidenti Donald Trampı İranın daxili işinə müdaxilədə ittiham etmiş, onun mənasız "tweet"lər atdığını bildirmişdi.
Qeyd edək ki, İranda 28 dekabrda işsizlik, bahalıq və korrupsiya əleyhinə başlayan etirazlar tezliklə bir çox şəhərlərə yayılaraq geniş vüsət alıb. 
Gülşən