Xəbər lenti

BMT: “Bu, informasiya üzərində Rusiyanın dövlət monopoliyası yaratması deməkdir”
Dünya13:06 05.05.2022

BMT: “Bu, informasiya üzərində Rusiyanın dövlət monopoliyası yaratması deməkdir”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynada müharibəni işıqlandıran jurnalistlər görünməmiş təhlükə ilə üzə-üzə qalır və hədəf alınır.
Qaynarinfo "Alarabiya” saytına istinadla xəbər verir ki, bu barədə BMT insan haqları ekspertləri deyib.
BMT-nin ifadə azadlığı üzrə xüsusi məruzəçisi daxil olmaqla bir sıra insan haqları ekspertləri Ukraynadakı müharibədə bir çox jurnalistin hədəf alınması, işgəncə verilməsi, oğurlanması, hücuma məruz qalması, öldürülməsi və onlara təhlükəsiz keçid verilməməsi halları barədə məlumat veriblər. 
BTM-nin son hesabatına görə, indiyə kimi Ukraynadakı müharibədə 7 jurnalist qətlə yetirilib.
Rusiyanın 2014-cü ildə Krımı işğalı zamanı da 7 jurnalist həyatını itirmişdi.
Ekspertlər həmçinin bildirirlər ki, Ukraynadakı müharibə Rusiyaya tənqidi səsləri uzun müddət boğmaq üçün imkan verib. Onlar Rusiyanın müharibəsinə qarşı olan sosial media və saytların bağlanmasını qeyd ediblər.
Rusiya həmçinin xarici media xidmətlərinin işinə əngəl törədib, yerli müstəqil medianı isə xarici agent kimi ittiham edib.
Ekspertlər həmçinin Rusiyanın yeni qanunla müharibə sözünü işlətmək və ya Ukraynadakı əməliyatla bağlı saxta xəbər yazmağa görə jurnalistləri 15 il müddətinə azadlıqdan mərhum etmə cəzasını tətbiq etməsini qeyd edirlər.
"Biz siyasi rəqiblərə, müstəqil jurnalistlərə və mediaya, insan haqqları aktivistlərinə, etirazçılara və Rusiya hökumətinə etiraz edən digərlərinə qarşı sistemli repressiyalara görə təəssüflənirik. Bütün bu tədbirlər Rusiyanın beynəxalq öhdəliklərini kobud şəkildə pozmaqla informasiya üzərində dövlət monopoliyası yaratması deməkdir”,- ekspertlərin açıqlamasında deyilir.
Nurlan Hüseynov