Xəbər lenti

BMT-də sərxoşluq qalmaqalı
Dünya13:14 06.03.2013

BMT-də sərxoşluq qalmaqalı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

BMT-nin büdcə müzakirələri zamanı diplomatların çoxunun sərxoş olması Vaşinqtonun etirazına səbəb olub.

ABŞ-ın BMT-nin büdcə komitəsindəki nümayəndəsi Cozef Torsella komitənin xüsusi toplantısında "Toplantı otaqlarının gələcəkdə sərxoşlardan təmizlənmiş bölgələr olmasını təklif edirik" deyib.

Dekabr ayında başlayan və martın sonuna qədər sona çatması planlaşdırılan toplantılar əsnasında 193 üzv ölkədən bir çox diplomatın sərxoş olmasına etiraz edən Torsella "Toplantılarda irəliləyişə nail olmaq üçün bir az spirtli içki qəbul etmək kimi gözəl ənənəmiz var, amma bu, barda yatıb qalmaq deyil. Şampanı iclasların sonunda müvəffəqiyyətimizin şəfərinə içməyi təklif edirəm" deyə sözlərini davam etdirib.

ABŞ rəsmiləri isə bu sözlərin BMT müzakirələrində spirtli içkilərin qadağan olunmasına çağırış olmadığını bildiriblər.

BMT-nin büdcə müzakirələrinin ilk günləri Yeni il tətilinə təsadüf etdiyindən toplantılar bayram havasında keçib. Toplantılarda iştirak edən bir çox diplomat da çox insanın sərxoş olduğunu təsdiqləyib. Diplomatlardan biri "Foreign Policy" dərgisinə verdiyi açıqlamada bir dəfə toplantının protokolunu tutmalı olan şəxsin içkinin təsiriylə yatdığını deyib.

Qaynar.info