
Suriyada kimyəvi silahla bağlı araşdırma aparan BMT inspektorları Dəməşqi tərk edib.
APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, beynəlxalq mütəxəssislər avqustun 21-də Suriya paytaxtı yaxınlığında kimyəvi silahdan istifadə faktlarını öyrənirdi.
BMT inspektorlarının yekun rəyinə əsasən, həmin gün tərkibində zarin olan maddədən istifadə olunub. Lakin bunun məsuliyyəti heç bir tərəfin üzərinə qoyulmayıb.