Xəbər lenti

BMT-dən Liviyada atəşkəs müraciəti
Dünya15:10 08.04.2019

BMT-dən Liviyada atəşkəs müraciəti

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
BMT Liviyada müvəqqəti atəşkəs elan edilməsi barədə müraciət ünvanlayıb.
Qaynarinfo xəbər verir ki, yazılı müraciətdə mülki vətəndaşların təxliyyəsi üçün tərəflər müvəqqəti atəşkəsə dəvət edilir. 
4 apreldən bəri davam edən qarşıdurma 2800-dən çox mülki vətəndaşın yaşadığı ərazini tərk etməsi ilə nəticələnib. Paytaxt Tripoli ətrafında dinc əhaliyə tibbi xidmət göstərilməsi və enerji verilişi mümkün deyil.
Qeyd edək ki, 4 apreldə General Xəlifə Həftərin ordusu paytaxt Tripolini ələ keçirmək üçün hücuma başlayıb. Xəlifə Həftər qüvvələri tərəfindən ələ keçirilən Tripoli Hava Limanı bu gün Milli Razılıq Hökuməti tərəfindən geri alınıb.
Gülşən