Xəbər lenti

BMT-dən Rusiyanın taxıl yığılmış Odessa limanını vurmasına reaksiya
Dünya13:30 23.07.2022

BMT-dən Rusiyanın taxıl yığılmış Odessa limanını vurmasına reaksiya

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
BMT-nin baş katibi Antonio Quterreş Rusiyanın iyulun 23-ü səhər saatlarında Odessa limanına raket hücumunu pisləyib.
Bu barədə Qaynarinfo BMT-nin mətbuat xidmətinə istinadən xəbər verir.
Onun sözlərinə görə, dünən İstanbulda bütün tərəflər Ukrayna taxılının təhlükəsiz daşınmasını təmin etmək üçün dünya miqyasında öhdəliklər götürüblər.
"Bu məhsullar qlobal ərzaq böhranını həll etmək və dünyada köməyə ehtiyacı olan milyonlarla insanın əzabını yüngülləşdirmək üçün vacibdir. Onların Rusiya Federasiyası, Ukrayna və Türkiyə tərəfindən tam şəkildə həyata keçirilməsi məcburidir", - bəyanatda deyilir.
Xatırladaq ki, bu gün Rusiya Odessa limanına raket zərbələri endirib. Raket zərbəli zamanı limanda ixrac üçün nəzərdə tutulan taxıl olub.
Nizami Bağırov