
Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası 25 sentyabrda planlaşdırılan İraq Kürd Mutariyyətinin müstəqillik referendumu barədə açıqlama verib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, açıqlamada "BMT Təhlükəsizlik Şurası üzvləri bölgəni qeyri-stabilliyə aparan referendum qərarına görə narahatdır. İŞİD ilə mübarizənin davam etdiyi bir dövrdə alınan bu qərar 3 milyondan çox miqrantın təhlükəsizlik şəkildə torpaqlarına geri qayıtmasına mane olacaq. BMT üzvləri İraqın torpaq bütövlüyünə hörmət edir və İraq höküməti ilə Kürd Muxtariyyəti arasında problemin dialoq yolu ilə həllinə tərəfdardır" deyilib.
Gülşən
Qaynarinfo.Az