Dünya 22:40 17.06.2022

BMT-dən SOS: Dünyada hər 78 nəfərdən biri köçkündür

Dünyada hər 78 nəfərdən biri köçkündür, heç nə etməsək, vəziyyət daha da pisləşəcək

Qaynarinfo bu barədə BMT-nin tvitter səfhəsınə istinadən xəbər verir.

"Son on ildə elə bir il olmayıb ki, köçkünlərin sayı artmasın. Bu gün dünyada hər 78 nəfərdən biri məcburi köçkün olub və bu, on il əvvəl çox az adamın gözlədiyi "dramatik dönüş nöqtəsidir”, - BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) rəhbəri Filippo Qrande deyib:.

"Dünyada mövcud ərzaq təhlükəsizliyi böhranı daha çox insanın didərgin düşməsinə səbəb olacaq. Düşünürəm ki, müharibə, insan haqlarının pozulması, iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi problemini də əlavə etsəniz, işlərin necə sürətlənəcəyini görəcəksiniz”, - BMT-nin Qaçqınlar üzrə ali komissarı (UNHCR) dünən axşam Cenevrədə keçirdiyi mətbuat konfransında bildirib.

O, həmçinin Yaxın Şərqdə müharibə, Əfqanıstanda qeyri-sabitlik, Afrikada ərzaq təhlükəsizliyi və Rusiyanın Ukraynaya qarşı müharibəsini hazırkı vəziyyəti gərginləşdirən amillər kimi göstərib.

BMT-nin Qaçqınlar üzrə Agentliyi Dünya Bankının məlumatlarına istinadən bildirib ki, ümumilikdə 850 milyon əhalisi olan 23 ölkə "orta və ya şiddətli münaqişələrlə” üzləşib.

Onun məlumatına görə, 2021-ci ilə qədər didərgin düşmüş 90 milyon insanın 27 milyonu sığınacaq axtaran, 53 milyonu isə məcburi köçkündür.

M.Arif