
Qlobal silah ticarətini tənzimləyən sənəd BMT-də qəbul edilib.
Qaynar.info-nun məlumatına görə, BMT-dəki səsvermədə 154 ölkə bu sənədin lehinə, 3 ölkə əleyhinə səs verib, 23 ölkə isə bitərəf qalıb.
Sənədin əleyhinə səs verən ölkələr İran, Şimali Koreya və Suriya olub.
ABŞ-da daxil olmaqla çox sayda ölkə silah ixracatına nəzarət edir. Ancaq indiyə qədər 60 milyard dollarlıq qlobal silah ticarətini tənzimləyən sənəd imzalanmamışdı.
BMT-nin qəbul etdiyi saziş silahların terrorçuların və mütəşəkkil cinayətkar qrupların əlinə keçməsinin qarşısının alınmasını nəzərdə tutur.
Qaynar.info