
Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterres Venesuela höküməti və müxalifətinə ölkədəki böhranın həlli üçün dialoq təklifi edib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, BMT-nin baş katibinin sözçüsü Stefan Dujarriç isə tərəflərin çıxış yolu tapmaq üçün səy göstərmələrinin vacibliyini vurğulayıb.
Venesuela prezidenti Nikolas Maduro böhranın həll yolunu yeni konstitusiyanın qəbulunda görür.
Qeyd edək ki, ölkədə mart ayından bəri ciddi qarşıdurmalar yaşanır. Aclıq və yoxsulluqdan əziyyət çəkən Venesuela əhalisi aksiyalara ara vermir və hakim partiyanı avtoritar rejim qurmağa cəhddə ittiham edir. Bu günə qədər aksiyalarda 100-dən çox insan ölüb, dünən isə 2 müxalif lider həbs edilib.
Gülşən
Qaynarinfo.Az