BMT Təcili Yardım Fondu Venesuelaya 9,2 milyon dollarlıq yardım ayırıb.
Qaynarinfo xəbər verir ki, bu məbləğ qida və dərman ehtiyacına sərf olunacaq. Ölkə rəhbəri Nikolas Maduro Venesuelanın yardıma ehtiyacı olmadığını bildirsə də, puldan imtina etməyib. Fondun verdiyi 2,6 milyon dollarlıq məbləğ uşaqlar, hamilə qadınlar və yeni ana olmuş qadınların qida ehtiyaclarını ödəmək üçün istifadə ediləcək.
Daha əvvəl Maduro bu tip yardımlardan imtina etmişdi. 5 ildir iqtisadi böhranla mübarizə aparan Venesuela əhalisinin 12%-i aclıqla üz-üzədir.
Gülşən