Xəbər lenti

BMT evlərini tərk edən Qəzza sakinlərinin sayının 1 milyona çatdığını təsdiqlədi
Dünya10:54 18.10.2023

BMT evlərini tərk edən Qəzza sakinlərinin sayının 1 milyona çatdığını təsdiqlədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən sonra Qəzza zolağında məcburi köçkünlərin sayı 1 milyona çatıb.
Qaynarinfo xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) bildirib. 
Daha əvvəl belə məlumatı Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur verib.
BMT agentliyi su qıtlığı və su ilə ötürülən xəstəliklərin yayılması ilə bağlı narahatlığını ifadə edib və "su təchizatı və kanalizasiya sistemlərinin dağıldığını” bildirib. OCHA-nın oktyabrın 17-nə olan məlumatına görə, hətta tədarük edilən yanacaqla belə, dəniz suyunu duzsuzlaşdıran qurğular yalnız "bir həftə və ya buna yaxın” vaxta qədər işləyə biləcək.
"İsrail həftə sonu Xan Yunisin şərqinə su təchizatını qismən bərpa etsə də, digər şəbəkələr o qədər zədələnib ki, onlar yenidən işə salınsa belə, su verə bilməyəcəklər”, - deyə BMT agentliyi izah edib.
Xatırladaq ki, İsraillə Fələstinin HƏMAS hərəkatı arasında müharibə oktyabrın 7-də səhər saatlarında İsrail ərazisinə yüzlərlə raket atılması ilə başlayıb. İsrail münaqişənin 1,4 mindən çox, Fələstin isə 3 minə yaxın qurbanı olduğunu bildirib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Qəzza zolağında həlak olanların yarısı qadın və uşaqlardır.
Nizami Bağırov