Xəbər lenti

BMT: Hindistan əhalisinin sayı Çini keçəcək
Dünya 19:23 23.06.2019

BMT: Hindistan əhalisinin sayı Çini keçəcək

Hindistan 2027-ci ildən etibarən əhali sayına görə Çini geridə qoyacaq.

Qaynarinfo xəbər verir ki, BMT-nin hesabatına görə, dünya əhalisinin 38%-ini təşkil edən Çin və Hindistanda hazırda müvafiq olaraq 1,43 və 1,37 milyon insan yaşayır. Çin əhalisinin sayı ölüm hallarının artması səbəbilə 2019-2050-ci illərdə 31,4 milyon azalacaq. 2050-ci ilə qədər dünya əhalisinin sayı 9,7 milyarda, əsrin sonunca isə 11 milyarda çatacaq.

Növbəti 30 il ərzində Nigeriya əhalisi 733 milyona qədər artaraq 3-cü sırada qərarlaşacaq. ABŞ 434 milyonla 4-cü, Pakistan 404 milyonla 5-ci sırada yer alacaq.

Ümumilikdə növbəti on illiklərdə Hindistan, Nigeriya, Pakistan, Demokratik Konqo Respublikası, Efiopiya, Tanzaniya, İndoneziya, Misir və ABŞ əhalisinin sayında ciddi artım proqnozlaşdırılır.

Gülşən


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->