
BMT-nin baş katibi Ban Ki-Mun İŞİD-lə bağlı maraqlı məlumatlar açıqdayıb. Qaynar.info xəbər verir ki, o, terror təşkilatına qoşulmaq üçün bölgəyə 80 ölkədən 15 mindən artıq terrorçu yollanıb.
"İŞİD-ə qarşı mübarizə gücləndirilsə də, 80-dən artıq ölkədən bölgəyə gedən terrorçuların sayı 15 mini keçib" deyə BMT rəhbəri bildirib.
Ban Ki-Mun İŞİD-lə bağlı BMT hesabatı ilə də bağlı məlumat verib. Baş katib bildirib ki, terror təşkilatı neft satışından gündəlik 846 minlə 1 milyon 645 min dollar arasında gəlir əldə edir. Bu da illik 35-45 milyon dollar gəlir deməkdir.
Qaynar.info