Xəbər lenti

BMT missiyası "yanacaq yoxdur" dedi, İsrail HƏMAS-dan borc almağı məsləhət gördü (FOTO)
Dünya05:22 25.10.2023

BMT missiyası "yanacaq yoxdur" dedi, İsrail HƏMAS-dan borc almağı məsləhət gördü (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
BMT-nin Fələstin qaçqınlarına yardım agentliyi (UNRWA) Qəzza zolağında yanacaq qıtlığı barədə bəyanat yayıb. İsrail ordusu isə nlara yanacağı HƏMAS yaraqlılarından borc almağı təklif edib.
Qaynarinfo xəbər verir ki, bu barədə İsrail ordusunun "X” sosial şəbəkəsi hesabında məlumat dərc edib. 
Bundan əvvəl UNRWA agentliyi yaxın günlərdə yanacaq almadığı təqdirdə oktyabrın 25-də Qəzza zolağında fəaliyyətini məhdudlaşdırmaq məcburiyyətində qalacağını bildirib. 
Buna cavab olaraq, İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti Qəzza zolağının ərazilərindən birinin yanacaq olan konteynerlərin təsvir olunduğu peyk fotoşəkilini dərc edib.
"Bu yanacaq çənləri Qəzza zolağında yerləşir. Onlarda 500 min litr yanacaq var. HƏMAS-dan soruşun, bəlkə sizə verərlər", deyə fotoya yazılan şərhdə qeyd edilib.
Nizami Bağırov