Xəbər lenti

BMT-nin işçiləri arasında ebola həyəcanı
Dünya17:22 08.10.2014

BMT-nin işçiləri arasında ebola həyəcanı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
BMT-nin Liberiyadakı missiyasının ikinci işçisi də ebola virusuna yoluxub.

ANS PRESS-in məlumatına görə, ebolaya yoluxan tibb işçisi hazırda müalicə olunur. Onun milliyəti barədə məlumat verilmir.

Qeyd edək ki, işçi heyətinin ilk xəstələnən nümayəndəsi ötən ay vəfat edib.

Bu arada ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzinin açıqlamasında Afrikada ebola ilə mübarizənin uzun sürəcəyini bildirilsə də, xəstəliyə qarşı nailiyyətlər əldə edildiyi də qeyd olunur.

Qeyd edək ki, ebola virusu əsasən Liberiya, Qvineya və Syerra Leonedən olmaqla, 3400 insanın ölümünə səbəb olub.

Qaynar.info