Xəbər lenti

BMT nümayəndələrinə atəş açıldı
Dünya12:43 26.08.2013

BMT nümayəndələrinə atəş açıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kimyəvi silahlarla əlaqədar Suriyada araşdırma aparan Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyətinin olduğu avtomobil karvanı atəşə tutulub.

Anspress Türkiyə mətbuatına istinadən xəbər verir ki, Suriya Ümumi İnqilab Şurasının mətbuat xidmətinin katibi Əbu Məhəmməd baş verən hadisəni şərh edərəkən bildirib ki, BMT nümayəndə heyətinin avtomobili Dəməşqin girəcəyində Əsədə bağlı ordu birlikləri tərəfindən atəşə tutulub.

Avtomobil karvanının atəşə tutulması, BMT nümayəndə heyətinin bölgədəki fəaliyyətinə Bəşər Əsədin mane olması kimi qiymətləndirilir.

Əbu Məhəmmədi iddia edib ki, atəş nəticəsində karvanda bir avtomobil sıradan çıxıb.

Qaynar.info