2023-cü ildə 85 min qadın və qız öz partnyorları və ailə üzvlərinin qurbanı olub. Onlardan 51 mindən çoxunun qətli yaxın ailə üzvləri tərəfindən törədilib.
Qaynarinfo "The Guardian”a istinadla xəbər
verir ki, bu, hər gün orta hesabla 140 qadının partnyorları və ya ailə üzvlərinin əli ilə öldüyünü göstərir. Bu hallar dünyanın bütün regionlarında müşahidə edilir.
Bu nəticələr BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və "BMT-Qadınlar" təşkilatının hazırladığı qlobal hesabatda əks olunub.
Hesabata görə, qadınlar üçün ən təhlükəli yer onların öz evləridir – öldürülənlərin əksəriyyəti məhz orada həyatlarını itiriblər.
"Bu hesabatda təqdim edilən rəqəmləri "ağır dağın görünən hissəsi" kimi qiymətləndiririk. Çünki bütün halların qeydiyyata alınmadığını və qadınların ölüm səbəblərinin tam olaraq fеmісid (qadın və qızların cinsi əsaslı öldürülməsi) kimi təsnif edilmədiyini bilirik. Xüsusilə məlumatlara çıxışımızın olmadığı bir çox icmalar mövcuddur”, – deyə "BMT-Qadınlar” təşkilatının icraçı direktorunun müavini Nyaradzai Qumbonzvanda bildirib.
Bununla yanaşı, BMT-nin qlobal qiymətləndirmələrinə görə, 2022-ci ildə qadın və qızların qəsdən öldürülməsi halları ümumilikdə 89 minə düşüb. Lakin ailə üzvləri və partnyorlar tərəfindən törədilən qətllərin sayı artıb.
Fеmісid hallarının ən çox olduğu regionlar Afrika, Şimali və Cənubi Amerika, eləcə də Okeaniya olaraq qeyd edilir.
Avropa və Amerikada qadınların əksəriyyəti yaxın partnyorlarının qurbanı olub, digər regionlarda isə əsas cinayətkarlar yaxın ailə üzvləri olub.
"BMT-Qadınlar” təşkilatının məlumatına görə, Fransa, Cənubi Afrika və Kolumbiya kimi ölkələrdən əldə olunan məlumatlar göstərir ki, intim partnyorları tərəfindən öldürülən qadınların "əhəmiyyətli bir hissəsi” ölümündən əvvəl zorakılıq hallarını hüquq-mühafizə orqanlarına bildiriblər.
2019–2022-ci illərdə Fransada qadınların 79%-i intim partnyorları və ya digər ailə üzvləri tərəfindən öldürülüb. Ümumi cinayətlərin 5%-i zorakı cinayətlər və ya istismar hadisələrinə aid edilib.
Cənubi Afrika ilə bağlı məlumatlara görə, 2020–2021-ci illərdə qadınların öldürülməsi hallarının 9%-i ailədən kənarda baş verib.
BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi bildirir ki, dəqiq məlumat toplamaq çətin olub, çünki bir çox ölkənin hökumətləri, xüsusilə evdən kənarda baş verən qətllər haqqında tam məlumatlara malik deyillər.
Alpər
Şərhlər