Xəbər lenti

Kremldən BMT qərarına reaksiya: “Rusiya Krımda istədiyini edə bilər”
Dünya12:16 09.12.2020

Kremldən BMT qərarına reaksiya: “Rusiya Krımda istədiyini edə bilər”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Rusiya Krımda istədiyini edə bilər”. 
Qaynarinfo xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov BMT Baş Assambleyası tərəfindən Krımın "hərbiləşdirilməsi" ilə bağlı Ukrayna tərəfindən təklif olunan qətnamədən danışarkən deyib.
Peskov vurğulayıb ki, Krım Rusiya ərazisidir və beynəlxalq hüquqa uyğun olaraq Rusiya öz təhlükəsizliyini təmin etmək üçün hər şeyi edir.
Xatırladaq ki, qətnamə bazar ertəsi qəbul edilib. Qətnamədə Krımın Rusiya tərəfindən işğalçı güc olaraq artan hərbiləşdirilməsindən danışılır. Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski Ukrayna tərəfinin təkliflərinin mənasız olduğunu deyib.
Alpər