Avqustun 31-nə keçən gecə Ukraynaya məxsus pilotsuz təyyarələrin Rusiya regionuna təşkil etdiyi kütləvi reydi BMT-də şərh edilib.
Qaynarinfo TASS-a istinadıla
xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.
"Biz zorakılığın artmasından narahatıq", - o deyib. Düjarrikin sözlərinə görə, bu hərəkətlər Ukrayna münaqişəsinin kəskinləşməsindən xəbər verir ki, bu da dünya təşkilatının rəhbərliyini narahat etməyə bilməz.
Xatırladaq ki, avqustun 30-na keçən gecə pilotsuz təyyarələr Rusiya Federasiyasının 7 regionuna hücum edib. Dronların Kaluqa, Oryol, Ryazan vilayətlərində, Sevastopol və Moskva vilayətində vurulduğu bildirilir. PUA-lar Pskov vilayətində hava limanına da hücum edib, Rusiya təyyarələrinə ziyan dəyib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, rusiyalı hərbi ekspertlər əlavə tədbirlər görmək üçün Pskov hava limanına hücum edən pilotsuz təyyarələrin buraxılış marşrutlarını araşdırır.
Alpər