BMT Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Yəməndə hərbi cinayət işlədiyini açıqlayıb.
Qaynarinfo Reuters-ə istinadən xəbər verir ki, son 3 il ərzində Səudiyyə və koalisiya qüvvələri Yəməndə İranın dəstək verdiyi Husilərlə mübarizədə yaşayış yerlərini, bazarları, dəfn və toy mərasimlərini, həbsxana, mülki qayıqları, hətta tibb müəssisələrini belə hədəf alıb. Araşdırılan 11 fakt koalisiyanın fəaliyyəti ilə bağlı ciddi narahatlıq yaradır.
BMT bildirir ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Yəmən hökümətindən olan bəzi rəsmilər törətdikləri cinayətlərə görə beynəlxalq məhkəmədə cavab verməlidirlər.
Gülşən