
Suriya sərhədində, İsrailin nəzarəti altında olan Hollan yüksəklikləri rayonunda BMT-nin dörd sülhməramlısı girov götürülüb.
APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə “Əl Ərəbiyyə” telekanalı BMT-dəki mənbələrinə istinadən məlumat yayıb.
BMT sülhməramlılarının kimlər tərəfindən götürüldüyü barədə məlumat verilmir. "İTAR-TASS" agentliyinin məlumatına görə, girov götürülənlər Filippin sülhməramlılarıdır. İnsidentin təfərrüatları barədə məlumat verilmir.