Xəbər lenti

BMT TŞ-dən Şimali Koreyaya qarşı növbəti sanksiya qərarı
Dünya07:35 31.03.2018

BMT TŞ-dən Şimali Koreyaya qarşı növbəti sanksiya qərarı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı növbəti sanksiyaları qəbul edib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın tələbi ilə 15-i Şimali Koreyaya aid 27 gəmi və 21 daşınma şirkəti qara siyahıya əlavə olunub. Gəmilərin səyahəti qadağan ediləcək, şirkətlərin mülkləri isə dondurulacaq. Şimali Koreyanın BMT sanksiyalarını pozmasına kömək edən 1 Tayvan vətəndaşı da qara siyahıya salınıb. 
ABŞ-ın BMT-dəki daimi təmsilçisi Nikki Heyli sanksiyaların Şimali Koreyanın qeyri-qanuni fəaliyyətini hədəf aldığını vurğulayıb. Sanksiyalar Şimali Koreyaya neft idxalı və bu ölkənin kömür ixracına tətbiq edilib.
Gülşən