Birləşmiş Millətlər Təşkilatının insan haqları üzə ali komitəsi Ukraynada müharibə cinayətlərinin atması ilə bağlı həyəcan təbili çalıb.
Qaynarinfo "Reuters”ə istinadla xəbər verir ki, bu barədə komitə rəhbəri Mişel Baçelet
bildirib.
Komitə rəhbəri Moskva və Kiyevi hərbçilərinə beynəlxalq hüquqlara hörmət etməyi tapşırmağa çağırıb.
"Rusiya silahlı qüvvələri fərq qoymadan yaşayış yerlərini atəşə tutub, bombalayıb, insanları öldürüb, xəstəxanaları, məktəbləri və digər mulki infrastrukturu dağıdıb ki, bütün bunlar müharibə cinayətlərinə bərabər əməllərdir”, - Mişel Baçelet bildirib.
BMT insan haqları monitorinqi həmçinin Ukrayna silahlı qüvvələrinin atəşi nəticəsində ölkənin şərqində mülki vətəndaşlar arasında itkilərin olduğunu da qeydə alıb.
Ali komissiyanın hesabatına görə, müharibə başlanğıcından bu günə qədər Ukrayna 2345 nəfərin öldürüldüyünü, 2919 insanın isə yaralandığını qeydə alıb.
Amerika prezidenti Co Baydenin hadisələri soyqırım adlandırması ilə bağlı suala ali komissiyanın sözcüsü isə belə cavab verib:
"İnsanlığa qarşı cinayət və soyqırım kimi hüquqi qiymətləndirmələr məhkəmələrin verə biləcəyi qərarlardır, ancaq biz belə bir şeyə barəbər izlər qeydə almamışıq”.
Nurlan Hüseynov