Xəbər lenti

BMT: Ukraynalı qaçqın qadınları tək kişi olan evlərdə yerləşdirməyin...
Dünya12:51 14.04.2022

BMT: Ukraynalı qaçqın qadınları tək kişi olan evlərdə yerləşdirməyin...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Britaniya hökumətinə ukraynalı qaçqın qadınları tək kişi olan evlərdə yerləşdirməmək xahiş edilib. 
Qaynarinfo BBC-ə istinadla xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlarla İş Üzrə Agentliyi çağırış edib. 
Çağırışda qeyd edilir ki, qaçqın qadınların uyğun olmayan adamlarla bir evdə yerləşdirilməsi onların istismar edilməsi ilə bağlı narahatlığı artırır. 
Britaniyada qaçqınları ən azı 6 ay evində saxlamağa imkanı olan hər kəs proqram çərçivəsində qaçqınları qəbul edə bilər. 
İndi bəzi insanların sosial media vasitəsilə müharibədən qaçmış həssas qadınları tapmağa çalışması ilə bağlı narahatlıq yaranıb. "Times” qəzetinin bir araşdırması subay bir kişinin gənc ukraynalı xanıma çox sayda uyğun olmayan mesajlar yazdığını ortaya çıxarıb.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ukraynalı qaçqınları yeni evlərə yerləşdirərkən daha uyğun proses yaradılmasının vacibliyini vuğrulayıb.
"Qaçqınların müvafiq nəzarət olmadan yerləşdirilməsi qadınların yerdəyişmə, ailədən uzaqlaşma və gördüyü zorakılıqla bağlı travmasına əlavə olaraq üzləşə biləcəyi riskləri artırır”, - deyə Ali Komissarlığın sözcüsü bildirib. 
 
Nurlan Hüseynov