BMT-nin Qaçqınlar Üzrə Ali Komirsarlığının məlumatına görə, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə nəticəsində 4.5 milyondan artıq insan Ukraynanı tərk edib.
Onlar əsasən Ukrayna ilə sərhəd ölkələrə gediblər.
Ukraynadan olan qaçqınları ən çox Polşa qəbul edib. Bu ölkəyə 2.6 milyon ukraynalı gəlib.
Ukraynanın digər qonşuları Ruminiya, Macarıstan, Moldova da ümumilikdə 2 milyon qaçqın qəbul ediblər.
Nurlan Hüseynov