Xəbər lenti

BMT-yə hücum edildi: 58 ölü, 100 yaralı
Dünya17:32 18.04.2014

BMT-yə hücum edildi: 58 ölü, 100 yaralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Birləşmiş Millətlər Təşkilatının Cənubi Sudandakı sığınacağına silahlı hücum olub.

"Axar.az" xəbər verir ki, təcavüzkarlar BMT bazasına sülh nümayəndəsi kimi yaxınlaşıb.

Silahlı hücum nəticəsində 48 nəfər ölüb, 100-dən çoxu yaralanıb.

Təcavüzkarların sayı təxminən 350 nəfər olub və 10 itki veriblər.

Hücumu şiddətli bir şəkildə qınayan BMT Baş katibi Pan Gi Mun BMT əsgərlərinə qarşı hücumun qəbul edilə bilməyəcəyini və bunun yerdə qalmayacağı xəbərdarlığını verib.

Qaynar.info