Xəbər lenti

"BMW"yə 8,5 milyon avro pul cəzası verildi
Dünya14:54 25.02.2019

"BMW"yə 8,5 milyon avro pul cəzası verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniyanın avtomobil nəhəngi "BMW"yə 8,5 milyon avro pul cəzası verilib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Münhen Baş Prokurorluğu məlumat yayıb. Məlumata görə, şirkətin 7965 avtomobilində emissiya miqdarını ölçən cihazda xəta olduğu üzə çıxıb. 
Xətanın "BMW"nin 2018-ci ilin əvvəllərindən etibarən istehsal etdiyi M550xd və 750xd modellərində olduğu və bunun fırıldaqçılıq səbəbindən deyil, işçilərin səhvi ucbatından baş verdiyi qeyd olunub.
Qeyd edək ki, 2015-ci ildə də Almaniyanın "Volswagen" avtomobil şirkətinin emissiya miqdarını manipulyasiya etdiyi üzə çıxmışdı. Bu səbəbdən şirkətə qarşı alıcıları aldatmaq, onları bilərəkdən zərər uğratmaq və bilərəkdən ətraf mühiti çirkləndirmək ittihamları üzrə yüz minlərlə iddia qaldırılmışdı.