Xəbər lenti

Böcəklər hansı insanları daha çox dişləyir?
Sağlamlıq11:28 16.08.2024

Böcəklər hansı insanları daha çox dişləyir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bir insanın həşəratlara cəlbediciliyi fərdi bədən qoxusu və onun parametrlərindən təsirlənə bilər. Mığmığa daha çox bədən kütləsi indeksi yüksək olan uzun boylu kişiləri və qadınları dişləyir". 
Qaynarinfo xəbər verir ki, bunu "Daily Mail"ə London Gigiyena və Tropik Tibb Məktəbinin tibbi entomologiya professoru Ceyms Loqan deyib.
Alim izah edib ki, həşəratların nadir hallarda dişlədiyi insanların bədəni təbii repellentlər (qoruyucu maddələr) ifraz edir. Bu qoruyucu kimyəvi maddələrin (aldehidlər və ketonlar kimi tanınır) konsentrasiyasının genetik və ətraf mühit faktorları, həmçinin insanın dəri səthində yaşayan bakteriyaların növləri ilə müəyyən edildiyi düşünülür.
Professor Loqanın sözlərinə görə, bu təbii qovucuların bəziləri tərlə ifraz olunur və sonra dəri bakteriyaları tərəfindən udulur və dişləmələrə qarşı qorunmanı daha da artırır.
2010-cu ildə "BMC Public Health" jurnalında nəşr olunan professor Loqanın rəhbərlik etdiyi bir araşdırma göstərib ki, boy və bədən ölçüləri də həşəratların cəlbediciliyinə təsir edir. Nəticələrə görə, mığmığa daha çox bədən kütləsi indeksi yüksək olan uzun boylu kişiləri və qadınları dişləyir. Bununla belə, böcəklərin seçimini dəqiq nəyin müəyyənləşdirdiyi məlum deyil.
Uzun boylu insanların sinə və ağciyərlərinin böyüdüyünə inanılır. Bu o deməkdir ki, onlar daha çox oksigeni nəfəs ala və daha çox karbon qazı çıxara bilərlər.
Aydın