Böyük 7 liderləri Vladimir Putinin maço şəklini ələ salıblar.
Qaynarinfo "Aljazeera” saytına istinadla xəbər verir ki, Böyük 7-lər sammitinin ilk iclası günü İngiltərənin Baş naziri Boris Conson zarafatla pencəklərini çıxara və ya daha da soyuna bilərlərmi deyə
soruşub.
"Hamımız Putindən daha sərt olduğumuzu göstərməliyik",- Conson həmkarlarını güldürərək deyib.
Kanadalı Castin Trüdo "yalın sinəli at sürmə” replikası atıb.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen "O, bəli, - deyib, - at üstündəki ən yaxşısıdır".
Nurlan Hüseynov