Britaniyanın müdafiə naziri Qrant Şapps bildirib ki, keçmiş britaniyalı hərbçilər Çində pilotların hazırlanmasına görə məsuliyyətə cəlb oluna bilərlər.
Qaynarinfo xəbər verir ki, o, bu barədə "The Telegraph” qəzetinə
danışıb.
Şappsın sözlərinə görə, Çin ordusu tərəfindən pilotların işə götürülməsi təhlükəsini aşkar etdikdən sonra Britaniya hökuməti qanunvericiliyə dəyişikliklər edib. Konkret hansı dəyişikliklərin müzakirə olunduğu və onların qüvvəyə minib-bilmədiyi qeyd edilmir.
"The Guardian"ın yazdığına görə, 2022-ci ilə qədər 30-a yaxın keçmiş Britaniya pilotu Cənubi Afrika Respublikasında yerləşən uçuş akademiyası da daxil olmaqla üçüncü tərəflər vasitəsilə Çinin təklif etdiyi "çox səxavətli" iş təklifindən yararlanıb.
2022-ci ilin oktyabrında "The Guardian" xəbər verib ki, Çin ordusu öz pilotlarına təlim keçmək üçün Kral Hərbi Hava Qüvvələrinin hazırkı və keçmiş reaktiv təyyarə pilotlarını işə götürməyə çalışır.
2022-ci ilin payızında Böyük Britaniyanın baş naziri Rişi Sunak Çinlə əlaqələrin "qızıl dövrü”nün başa çatdığını, "ticarətin sosial və siyasi islahatlara gətirib çıxaracağına dair sadəlövh ideyanın da bitdiyini” söyləyib. 2023-cü il avqustun sonunda Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli çinli həmkarları ilə münasibətləri yaxşılaşdırmaq məqsədi ilə Pekinə səfərə gedib. Çin Xalq Respublikasının sədr müavini Han Çjenlə danışıqlardan sonra hər iki tərəf London və Pekin arasındakı bütün fikir ayrılıqlarının tezliklə həll olunacağına ümid etdiyini bildirib.
Nizami Bağırov