Xəbər lenti

Böyük Britaniya Şərqi Avropaya 8000 əsgər göndərir
Dünya08:21 29.04.2022

Böyük Britaniya Şərqi Avropaya 8000 əsgər göndərir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Böyük Britaniya Şərqi Avropada Rusiya təcavüzünə qarşı hərbi təlimlərdə iştirak üçün 8 min əsgər göndərib.
Qaynarinfo "The Guardian” saytına istinadla xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Britaniya müdafiə naziri bildirib ki, təlimlər uzun müddət əvvəldən planlaşdırılıb, Rusiyanın Ukraynaya hücumundan sonra isə sürətləndirilib. 
Təlimlər soyuq müharibədən bu yana ən böyüyüdür. 
Plana əsasən, Finlandiyadan Şimali Makedoniyaya qədər ölkələrə onlarla tank göndəriləcək. Həmçinin onlara NATO-dan və Finlandiya və İsveçin də daxil olduğu Birgə Ekspedisiya Qüvvələri ittifaqından 10 minlərlə əsgər qoşulacaq.
Səhra ordusu komandiri General-leytenant Ralf Vudisse Böyük Britaniyanın Avropanın müdafiəsinə həmişə böyük töhvə verdiyini deyib. 
"Yerdəyişmənin miqyası ilə birgə, Britaniya ordusunun peşəkarlığı, hazıqlıq və çevikliyi Avropada bu əsrdə görünməmiş səviyyədə təcavüzü dəf edəcək”,- general bildirib. 
"Avropanın müdafiəsi heç vaxt bu qədər vacib olmayıb. Bu təlimlər vaxtı bizim qoşunlarımız NATO və Birgə Eskpedisiya Qüvvələrindən müttəfiq və partnyorlarımıza qoşulacaq və soyuq müharibədən bu yana ən böyük yerdəyişmə çərçivəsində birlik və güc nümayiş etdirəcək”,- Britaniya müdafi naziri Ben Uolles deyib. 
Nurlan Hüseynov