Xəbər lenti

Böyük Britaniya və Niderland Ukrayna üçün F-16 koalisiyası yaradır
Dünya 13:53 17.05.2023

Böyük Britaniya və Niderland Ukrayna üçün F-16 koalisiyası yaradır

Böyük Britaniya və Niderland Ukrayna üçün F-16 qırıcıları alması məqsədilə beynəlxalq koalisiya yaratmaq planlarını açıqlayıb. 
 
Qaynarinfo Britaniya hökumətinin saytına istinadən xəbər verir ki, bu barədə razılıq Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə niderlandlı həmkarı Mark Rütte arasında keçirilən görüşdən sonra əldə olunub.

Hər iki baş nazir "Ukraynanın haqlı yeri NATO-dadır” fikri ilə razılaşıb və hesab edirlər ki, müttəfiqlər Ukraynaya təhlükəsizlik sahəsində uzunmüddətli yardımı davam etdirməlidirlər. "Baş nazirlər Ukraynanı döyüş təyyarələri ilə təmin etmək, təlimdən tutmuş F-16 qırıcılarının alınmasına qədər hər sahədə dəstək vermək üçün beynəlxalq koalisiya yaradılmasına çalışacaqları barədə razılığa gəliblər”, - press-relizdə deyilir.

"Qırıcılar koalisiyası” yaratmaq niyyətini daha əvvəl Ukrayna prezidenti Volodimir Zelenski kansler Olaf Şoltsla görüşündə açıqlamışdı. Koalisiyanın yaradılmasında aparıcı rolu Berlinin oynadığı "tank” koalisiyasına bənzətməklə işləyəcəyi güman edilirdi.

Ukrayna hakimiyyəti ölkənin 180-ə yaxın döyüş təyyarəsinə ehtiyacı olduğunu bildirib. ABŞ prezidenti Co Bayden F-16-ların ABŞ-da qalmalı olduğunu deyərək onları Ukraynaya verməkdən imtina edir. Polşa Ukraynaya 14 MiQ-29 qırıcı göndərib. Daha 13 MiQ-29 qırıcısı Slovakiya tərəfindən Ukraynaya təhvil verilib. Bundestaq Ukraynaya alman qırıcılarının tədarükünü istisna edir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->