Böyük Britaniyada ödənilməmiş vergilər səbəbindən fəaliyyətini dayandıra biləcək şirkətlərin sayında kəskin artım müşahidə olunub.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Mühasibat firması "UHY Hacker Young" bildirib ki, "HM Revenue and Customs" il ərzində ödənilməmiş vergiləri bağlamaq üçün 2391 şirkətə müraciət edib.
Bildirilir ki, 2022-ci ilin aprel ayına qədər pandemiyanın nəticələri ilə mübarizə çərçivəsində vergi ödəməyən şirkətlərin fəaliyyətinə xitam verilməsi ilə bağlı vergi departamentinə təşəbbüs göstərmək qadağan edilib.
Bundan əvvəl Böyük Britaniyanın Biznes və Ticarət Departamenti məlumat vermişdi ki, Britaniya hökuməti özəl şirkətlərin Rusiyaya qarşı sanksiyalar rejiminə əməl etməsinə nəzarət etmək üçün yeni struktur yaradacaq. Həmçinin bildirilib ki, Böyük Britaniya Belarus, Suriya və İrana qarşı sanksiyalar siyahısını genişləndirib.
Aydın