Xəbər lenti

“Boko Haram” -ın qaçırtdığı qızlar evlərinə qayıtmaqdan imtina etdilər
Dünya19:04 19.10.2016

“Boko Haram” -ın qaçırtdığı qızlar evlərinə qayıtmaqdan imtina etdilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nigeriyanın Çibok şəhərində İŞİD-in “Qərbi Afrika vilayəti” (“Boko Haram”) tərəfindən oğurlanan nigeriyalı qızlar evlərinə qayıtmaqdan imtina ediblər.
Çibokanın İnkişafı Assosiasiyasının rəhbəri Poqu Bitrus bildirib ki, ekstremistlərə məxsus düşərgələrdə qalan yeniyetmələrin əksəriyyəti artıq radikallaşıb.

Qızlar terrorçularla ailə həyatı yaşadıqları və uşaq dünyaya gətirdikləri üçün evlərinə qayıtmaqdan qorxur.

Xatırladaq ki, 2014-cü ilin aprelində Çibokada internat məktəbində təhsil alan 276 qız “Boko Haram” qruplaşması tərəfindən oğurlanıb. Onlardan 57-si qaçmağa müvəffəq olub.(APA)

Qaynarinfo.Az