Boko Haram terror təşkilatı Nigeriyada növbəti terakt törədib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Maiduquri əyalətindəki Kofa və Daloridən köçmək məcburiyyətində qalmış şəxslərin qaldığı sığınacağa hücum təşkil edilib. Nəticədə 88 nəfər ölüb, çox sayda insan yaralanıb.
Qeyd edək ki, Nigeriyada 2000-ci ildən bəri fəaliyyət göstərən Boko Haram 20 mindən çox insanın ölümünə səbəb olub.
Gülşən