Nigeriya ordusu tərəfindən aparılan əməliyyatlar zamanı "Boko Haram" terror təşkilatının 1050 üzvü silahlarını ataraq təslim olublar.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nigeriya ordusunun polkovniki Onime Nvaçukvu açıqlama verib.
Terrorçuların 250-si Çad gölü ətrafında, digərləri isə Monquno bölgəsində təslim olublar. Nvaçukvu əməliyyat aparılan bölgədəki sakinləri silahını ataraq sivil xalqın arasına qarışan terrorçulara qarşı diqqətli olmağa çağırıb.
Qeyd edək ki, təşkilat 2000-ci illərdə yaradılan Boko Haramın üzvləri təşkilat lideri Məhəmməd Yusifin ölümündən sonra, 2009-cu ildə daha da aktivləşiblər. Terror qruplaşmasının törətdiyi cinayətlər səbəbindən yüz minlərlə insan köç etməyə məcbur olub.